Aİ ölkələrinin xarici işlər nazirləri də Tbilisidə aksiyaya qatıldı - Yenilənib

ai-olkelerinin-xarici-isler-nazirleri-de-tbiliside-aksiyaya-qatildi
Oxunma sayı: 3124

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, mitinqin görüntülərini Gürcüstanın “Mtavari Arxi” telekanalı canlı yayımlayıb.

Əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər.

Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar.

Nümayişin dinc şəraitdə keçirildiyi bildirilir.

Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

***

Avropa ölkələrinin-İslandiya, Litva və Estoniyanın xarici işlər nazirləri Gürcüstan patlamentinin qarşısında etiraz aksiyasına qatılıb.

Gürcüstanın hakim partiyasının baş katibi xarici işlər nazirlərinin Tbilisidə hökumət əleyhinə mitinq keçirməsini düşmənçilik addımı adlandırıb.