Xəbər verdiyimiz kimi, Avropa İttifaqının rəhbər vəzifələrinə təyinatlar təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, Avropa İttifaqı ölkələrinin liderləri ötən gün Brüsseldə keçirilən sammitdə blokun əsas institutlarının yeni rəhbərlərinə səs veriblər.
Səsvermə nəticələrinə görə, Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalır, Avropa İttifaqı Şurasına Portuqaliyanın keçmiş baş naziri Antoni0 Kosta, Aİ-nin xarici siyasət xidmətinə isə Estoniyanın Baş naziri Kaya Kallas başçılıq edəcək.
Ursula Fon der Lyayen

Ursula Fon der Lyayen 1958-ci ildə Belçikanın Brüssel şəhərində anadan olub. O, 2005-2019-cu illərdə Almaniyanın keçmiş kansleri Angela Merkelin ən yaxın adamı kimi tanınırdı. O, 2005-ci ildə Ailə, qocalar, qadınlar və gənclər naziri, 2009-cu ildə Əmək və əhalinin sosial müdafiəsi naziri, 2013-cü ildə isə Almaniyanın ilk qadın müdafiə naziri olub. Ailəlidir, 7 övladı var.
Antonio Kosta

Antonio Kosta 1961-ci ildə Portuqaliyanın Lissabon şəhərində anadan olub. Kosta 2 dəfə ard-arda Lissabonun meri seçilib, bundan sonra o, 2011-2015-ci illərdə Portuqaliyanın 118-ci baş naziri vəzifəsini tutub. Ailəlidir, 2 övladı var.
Kaya Kallas

Kaya Kallas 1971-ci ildə Estoniyanın paytaxtı Tallində anadan olub. Estoniyalı siyasətçi Reform Partiyasının sədridir. O, Estoniyanın ilk qadın Baş naziridir (2021). Ailəlidir, 1 övladı var.
Son xəbərlər
Son Xəbərlər