Aİ rəsmisi nazir müavini ilə görüşdü

ai-resmisi-nazir-muavini-ile-gorusdu
Oxunma sayı: 1055


“Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafını qeyd edən nazir müavini dövlətimizin prioritetlərindən olan insan hüquqlarının təminatına yönələn tədbirlər, o cümlədən genişmiqyaslı məhkəmə islahatları barədə məlumat verərək, yeni məhkəmələrin yaradılmasından, infrastrukturun müasirləşdirilməsindən, Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət dəyərləndirilən hakimlərin ən şəffaf seçimindən, habelə elektron məhkəmənin tətbiqindən danışıb. Həmçinin Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə layihənin uğurla həyata keçirildiyi vurğulanıb.

Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu ifadə edən S.Lambrinidis Avropa İttifaqının ölkəmizlə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində daha da gücləndirilməsində maraqlı olduğunu bildirib, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarının insan hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini vurğulayaraq bu sahədəki müsbət nəticələri təqdir edib. Qonaq, həmçinin Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərərək onun məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının həyata keçirilməsində rolunu yüksək qiymətləndirib və belə bir modellə bağlı məsələnin təmsil etdiyi qurumun alt-komitəsinin iclaslarında müzakirə mövzusu ola biləcəyini söyləyib.