Aİ Rusiya banklarının və 14 şirkətin aktivlərini dondurdu

ai-rusiya-banklarinin-ve-14-sirketin-aktivlerini-dondurdu
Oxunma sayı: 1535

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı beşinci sanksiyalar paketini elan edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yeni sanksiya paketi çərçivəsində “VTB”, “Novikombank”, “Sovkombank”, “Otkritie” bankları və 14 hərbi-sənaye, maşınqayırma, gəmiqayırma və nəqliyyat şirkətinin aktivlərini dondurub.

Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan bəyanatda deyilir. Sanksiyalar dərc edildiyi andan qüvvəyə minib.