Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri, onun müavini və qurumun iki əməkdaşına “Skripal işi” ilə əlaqədar sanksiya tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, məhdudiyyətlər həmçinin, Suriyadakı elmi-tədqiqat mərkəzi və onun vəzifəli şəxslərinə də aid ediləcək.
Onlar Solsberidə sinir iflicedici maddə istifadə etməkdə ittiham ediliblər.
Aİ yeni mexanizm çəçivəsində ilk dəfə olaraq kimyəvi silahların yayılması və istifadəsinə görə sanksiya tətbiq etmiş olub. Siyahıya ümumilikdə, doqquz nəfər və bir qurum daxil edilib.
Son xəbərlər
Son Xəbərlər