Aİ Rusiyanı “ən əlverişli ölkə” statusundan məhrum etməyə hazırlaşır

ai-rusiyani-en-elverisli-olke-statusundan-mehrum-etmeye-hazirlasir
Oxunma sayı: 2715

Avropa İttifaqı Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün dördüncü sanksiyalar paketini hazırlayır.

"Qafqazinfo” xəbər verir ki, bunuAvropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Versal sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Rusiyanı bazarlarımızda “ən əlverişli ölkə” statusundan məhrum edəcəyik. Bu, Rusiyanın ÜTT üzvü kimi əldə etdiyi mühüm üstünlükləri ləğv edəcək”, - deyə Leyen qeyd edib.