Aİ Rusiyanın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi

ai-rusiyanin-vezifeli-sexslerine-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 895

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Şurası yazılı açıqlama yayıb.

Açıqlamada, “Sanksiyalar siyahısına Ukraynanın 4 bölgəsində “saxta” referendumlar təşkil edənlər, Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, silah istehsalçısı ASC Kalaşnikov Konserninin ən böyük səhmdarı olan Alan Luşnikov, Rusiyanın keçmiş və indiki müdafiə nazirinin müavinləri, politoloq Aleksandr Duqin, müğənnilər Yuliya Çiçerina və Nikolay Rastorquev daxildir” qeyd olunub.

Sanksiyaya məruz qalan şəxslərin Aİ ərazisinə daxil olması və keçməsi də qadağan edilib.

Beləliklə, Aİ ümumilikdə Rusiyada 1236 şəxsə və 115 quruma qarşı sanksiya tətbiq edib.