Aİ Rusiyaya dəstəyinə görə 35-dən çox şirkətə sanksiya tətbiq edəcək

ai-rusiyaya-desteyine-gore-35-den-cox-sirkete-sanksiya-tetbiq-edecek
Oxunma sayı: 2513

Avropa İttifaqı İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan və Özbəkistandakı 35-dən çox şirkətə Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə görə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” Avropa Komissiyasının daxili sənədlərinə istinadən xəbər verir.

Qeyd olunur ki, sanksiyalar vətəndaşlığı və adları açıqlanmayan 70-ə yaxın şəxsə şamil olunacaq.

Həmçinin, agentliyin materiallarına görə, məhdudiyyətlər FTB ilə əməkdaşlıq edən Rusiya Federasiyasının İT şirkətlərinə və bir sıra Rusiya KİV-lərinə, o cümlədən RT Balkan telekanalına şamil edilə bilər.