Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqlədi

ai-rusiyaya-qarsi-sanksiyalari-resmen-tesdiqledi
Oxunma sayı: 2485

Avropa İttifaqı “DXR” və “LXR”-i tanıdığı üçün Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi prosedurunu başa çatdırıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin bəyanatında deyilir. 

"Sanksiyaların yazılı proseduru uğurla başa çatıb. Hüquqi aktlar qəbul edilib və günün sonuna kimi dərhal qüvvəyə minməsi üçün dərc olunacaq", - məlumatda deyilir.

Texniki prosedurun başa çatması bütün Aİ ölkələrinin yeni sanksiyalar paketini imzalaması deməkdir.

Sənəddə Aİ Rusiyanı “DXR” və “LXR”-in tanınmasına yenidən baxmağa çağırıb və yeni sanksiyalarla bağlı xəbərdarlıq edib.