Aİ sədri ilə Putin Belarusdakı vəziyyəti müzakirə etdi

ai-sedri-ile-putin-belarusdaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1285

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə Aİ-nin Belarus üzrə fövqəladə sammitinin yekunlarına dair telefon danışıqları aparıb. “Qafqazinfo” bildirir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə Aİ-nin avqustun 19-da baş tutan Belarus üzrə sammitinin yekunlarına dair telefon danışıqları keçirdi”, - Mətbuat Xidmətindən bildiriblər.

Xatırladaq ki, çərşənbə günü Aİ-nin Belarus üzrə videokonfrans formatında fövqəladə sammiti keçirilib. Aİ-nin 27 ölkəsinin liderləri, həmçinin Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqının sədrləri üç saata yaxın davam edən videokonfrans zamanı yekun bəyanatı razılaşdırıblar.