Aİ səfiri azərbaycanlıları belə təbrik etdi - Video

ai-sefiri-azerbaycanlilari-bele-tebrik-etdi
Oxunma sayı: 2162

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrik mesajı nümayəndəliyin hesabında yerləşdirilib.

“Novruz dirçəliş, yeni başlanğıclar, baharın nəfəsi, bolluq və birlik bayramıdır. Bu bayram, yeni başlanğıcları və baharı qeyd etmək, ailə və dostlarla bir araya gəlmək üçün unikal fürsətdir. Bu gün hamı dünyada  baş verən pandemiya və Ukraynadakı müharibəyə görə çətin günlərdən keçir. Lakin hələ də parlaq gələcəyə ümid edirik, sülh və firavanlıq, daha yaxşı gələcək üçün birlikdə işləməyə davam edirik.

Biz Avropa ittifaqı ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də Şərq Tərəfdaşlığı çərçivəsində əhəmiyyətli və intensiv dialoqun və münasibətlərin inkişafının şahidi oluruq. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi adından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayramın evlərinizə sevinc, süfrələrizə bolluq gətirməsini arzu edirik. Gəlin hamımız bu özəl bayramı qeyd edərək, bir-birimizlə daha mehriban olaq, sağlam qalmaq üçün bir-birimizə dəstək olaq. Novruz bayramınız mübarək!”, - deyə səfir qeyd edib.

Eldar Tanrıverdi