Aİ səfiri “Tərtər işi” üzrə bəraət verilməsindən danışdı

ai-sefiri-terter-isi-uzre-beraet-verilmesinden-danisdi
Oxunma sayı: 2127

““Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviter səhifəsində paylaşıb.

“Bu iş üzrə yeni istintaq cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər”,-deyə səfir vurğulayıb.

Qeyd edək ki, bu gün Baş Prokurorluq "Tərtər işi" üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.