Aİ suriyalı qaçqınlara 5 milyard avrodan çox yardım ayıracaq

ai-suriyali-qacqinlara-5-milyard-avrodan-cox-yardim-ayiracaq
Oxunma sayı: 1439

"Avropa Komissiyası Türkiyədə, İordaniya və Livandakı suriyalılara yardımı davam etdirmək niyyətindədir”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“2024-cü ilədək Türkiyədəki qaçqınlara yardım üçün 3 milyard avro, İordaniya və Livandakı qaçqınlara yardım üçün isə 2,2 milyard avro ayırmağı təklif etdim”, - deyə Ursula fon der Lyayen bildirib.

O həmçinin, əlavə edib ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər yaxşılaşıb.