Aİ Suriyaya qarşı 10 illik sanksiyaların müddətini yenidən uzatdı

ai-suriyaya-qarsi-10-illik-sanksiyalarin-muddetini-yeniden-uzatdi
Oxunma sayı: 898

Avropa İttifaqı Şurası Suriyaya qarşı 2011-ci ildən tətbiq olunan sanksiyaların müddətini 2022-ci il iyunun 1-dək uzadıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyannamədə deyilir.

Buna səbəb kimi ölkədə mülki əhaliyə qarşı hələ də zorakılığın davam etdirilməsi göstərilib.

Sanksiyalar siyahısından dünyasını dəyişən 5 nəfərin adı çıxarılıb. Hazırda məhdudiyyətlər siyahısında 238 fiziki şəxs, 70 təşkilat yer alır.