Aİ Türkiyə və Ermənistan arasında görüşü alqışlayır

ai-turkiye-ve-ermenistan-arasinda-gorusu-alqislayir
Oxunma sayı: 918

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında Moskva görüşü barədə xəbərləri alqışlayıram”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz rəsmi tviter hesabında yazıb.

“Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam olaraq dəstəklədiyi mühüm məqsəddir”, - deyə Klaar qeyd edib.

Xatırladaq ki, bu gün Moskvada Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü keçirilir.