Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Aİ-nin yüksək səviyyəli nümayəndəsi icma ölkələrinin xarici işlər nazirlərinin bazar ertəsi, iyunun 24-də baş tutacaq görüşündən əvvəl danışıb.
“Biz gözləyirik ki, nazirlər Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etsin. Bu mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalamağa ümid edirik”, - o qeyd edib.