“Aİ Ukrayna tunelinin sonunda işıq görmür” - Borrel

ai-ukrayna-tunelinin-sonunda-isiq-gormur
Oxunma sayı: 1890

“Müharibə davam edir və getdikcə daha da pisləşir. Biz Ukrayna tunelinin sonunda işıq görmürük”.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.

Onun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi hərtərəfli sanksiyalar paketi Rusiyanı yalnız zəiflədə bilər, amma onu məhv etməyə qadir deyil.