Aİ Ukrayna və Moldova ilə bağlı rəsmi danışıqlara başlayır - KİV

ai-ukrayna-ve-moldova-ile-bagli-resmi-danisiqlara-baslayir
Oxunma sayı: 1287

Avropa İttifaqı ölkələri iyunun 25-i Ukrayna və Moldovanın təşkilata qoşulması ilə bağlı rəsmi danışıqlara başlamaq niyyətindədirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı beş diplomata istinadən “Politico” qəzeti yayıb. 

Bildirilir ki, ittifaqa üzv ölkələr bu planlarını hələ 2023-cü ilin dekabrında bəyan etsələr də, bu, Macarıstanın narazılığı səbəbindən təxirə salınırdı. Bununla yanaşı, danışıqlara start verilməsinin təxirə salınması Aİ-nin genişləndirilməsi məsələsinin Avropa Parlamentinə keçiriləcək seçkilər zamanı əsas mövzu olması ilə bağlı ehtiyatlar olub. 

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-9-da baş tutacaq.