Aİ Ukraynaya dəstək üçün 1 milyard avroluq paketi təsdiqlədi

ai-ukraynaya-destek-ucun-1-milyard-avroluq-paketi-tesdiqledi
Oxunma sayı: 979

Avropa İttifaqı (Aİ) Ukraynaya silah-sursat dəstəyi üçün 1 milyard avroluq büdcəni təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı yazılı açıqlama yayıb.

Beləliklə, Aİ üzv dövlətlərə Ukraynaya bağışladıqları döyüş sursatlarını cari ehtiyatları və ya 9 fevral - 31 may 2023-cü il tarixləri arasında verdiyi sifarişlər vasitəsilə ödəyə biləcək.

Tədbir üzv dövlətlərin ilin sonuna qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndərmək məqsədinin martın 20-də çatdırılmasını və birgə tədarükü sürətləndirmək məqsədi daşıyır.

Bu yardımla Aİ-nin Avropa Sülh Fondu çərçivəsində Ukraynaya ümumi töhfəsi 4,6 milyard avroya yüksələcək.