Aİ “vaksin millətçiliyi” iddialarını rədd etdi

ai-vaksin-milletciliyi-iddialarini-redd-etdi
Oxunma sayı: 1384

Avropa İttifaqının prezidenti Şarl Mişel quruma qarşı “vaksin millətçiliyi” iddialarını rədd edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, o, Aİ-nin İngiltərə və ABŞ kimi koronavirus vaksinlərinin ixracatı məsələsində sərt qadağalarının olmadığını və ixracatı dayandırmağını bildirib.

“Avropa olmasaydı, bir ildən az müddət içərisində koronavirusa qarşı birdən çox vaksin yaratmaq və istehsal etmək mümkün olmayacaqdı. Aİ kasıb ölkələrə ilk doz vaksinləri almağa kömək edir.

Başqalarını vaksinlə təmin etmək üçün olduqca məhdud, amma genişmiqyaslı əməliyyatlar apardıqları üçün bizimkilərdən daha az arzu edilən dəyərlərə malik Çin və Rusiya tərəfindən özümüzü yanlış istiqamətləndirməməliyik.

Avropa vaksini təbliğat məqsədilə istifadə etməyəcək. Dəyərlərimizi müdafiə edəcəyik”, - 27 Aİ ölkəsini təmsil edən Mişel vurğulayıb.

Ş.Mişel əlavə edib ki, Çin və Rusiya Aİ-dən daha az insanı koronavirusa qarşı vaksinasiyadan keçirib.

“Hədəfimiz vaksin sifarişi verdiyimiz və əvvəlcədən maliyyələşdirdiyimiz şirkətlərin söz veriləni bizə çatdırmalarını təmin etmək və digər inkişaf etmiş ölkələrə ixracının qarşısını almaqdır. Aİ ixracatı əsla dayandırmayıb”, - Mişel Aİ ölkələrində istehsal olunan peyvənd dozlarının ixracatını idarə etmək üçün tətbiq olunan sistemi müdafiə edib.