Aİ vaksinasiyanın bitmə müddətini uzatdı

ai-vaksinasiyanin-bitme-muddetini-uzatdi
Oxunma sayı: 1304

Təxminən 300 milyon insanın yaşadığı Avropa İttifaqı əhalinin 70 faizinin vaksinasiyadan keçəcəyi tarixi sentyabrın 21-dək uzadıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, vaksin tədarükündə problem yaşayan Aİ bu tarixi daha əvvəl iyunun 1-i olaraq təyin etmişdi.

Aİ Komissiyası problemlərlə yanaşı, peyvəndləmə prosesinin də yavaş irəliləməsi səbəbindən bu qərara gəlib.

Komissiya rəhbəri Ursula von der Leyen tarixin uzadılması məsələsinə aydınlıq gətirib:

"Ortaq bir hədəfimiz var. O da Aİ üçün əhalinin 70 faizinin yayın sonunadək vaksinasiyadan keçməsidir. Yay sentyabrın 21-i bitdiyi üçün son tarix budur”.