Aİ Venesuelanı yeni prezident seçkiləri keçirməyə çağırdı

ai-venesuelani-yeni-prezident-seckileri-kecirmeye-cagirdi
Oxunma sayı: 681

Avropa İttifaqı Venesuelanı azad və ədalətli olacaq yeni prezident seçkiləri keçirməyə səsləyib.

“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla Aİ-nin ali nümayəndəsi Federika Moqerininin mətbuat katibi Mayya Kosyançiç çıxış edib. 

Onun sözlərinə görə, Avropa İttifaqı, eyni zamanda Venesuelanı Milli Assambleyaya hakimiyyət institutu kimi hörmət etməyə, bütün siyasi məhbusların azad edilməsinə, qanunvericiliyə, demokratik haqlar və azadlıqlara əməl etməyə çağırıb. 

Aİ Venesuelada keçirilən seçkiləri azad hesab etmədiyini, lakin ölkədəki siyasi böhranın ancaq dinc yolla nizama salınmalı olduğunu açıqlayıb.  

Qeyd edək ki, ölkədə Milli Assambleya faktiki olaraq siyasi qərarlar vermək hüququndan məhrum edilib. 

Xatırladaq ki, Nikolas Maduro mayda keçirilən seçkilərdə qalib gəlsə də, bir çox ölkə onun qələbəsini tanımadı. Maduronun yeni prezidentlik dönəmi yanvarın 10-dan başlayıb 2025-ci ilə kimi davam edəcək.