Aİ vətəndaşlarını Nigerdən təxliyə edir

ai-vetendaslarini-nigerden-texliye-edir
Oxunma sayı: 2020

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel jurnalistlərə açıqlaması zamanı bildirib.

Vurğulanıb ki, həmin ölkədə yalnız Avropa Komissiyasının humanitar yardım məsələləri ilə məşğul olan nümayəndə heyəti qalacaq.

"Biz Avropa ölkələrindən olan insanları Nigerdən repatriasiya etmək qərarına gəldik və artıq bu əməliyyatı həyata keçiririk. Avropa Komissiyasının humanitar yardımla məşğul olan qrupları hələlik öz yerindədir. Onlar qonşu ölkələrdən olan həmkarları ilə birlikdə yerində qalacaqlar”, - deyə Borel bildirib.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb.