Avropa İttifaqının (Aİ) daimi nümayəndələri VTB, “Rossiya”, “Otkritie”, “Novikombank”, “Promsvyazbank”, “Sovcombank” və VEB.RF-ni SWIFT sistemindən ayırmağa razılaşıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, “Sberbank” və “Qazprombank”ın siyahıda yer almadığı vurğulanır.
Bildirilib ki, bəzi ölkələr, o cümlədən Polşa siyahıya daha çox Rusiya maliyyə qurumlarının daxil edilməsində israr ediblər. Siyahıya hələ də düzəlişlər edilə biləcəyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər