Aİ zəlzələdən zərər çəkən suriyalılara bu yardımları göndərdi

ai-zelzeleden-zerer-ceken-suriyalilara-bu-yardimlari-gonderdi
Oxunma sayı: 1119

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdən zərərçəkənlər üçün Avropa İttifaqının göndərdiyi humanitar yardım Suriyaya çatdırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələlərdən sonra suriyalılara göndərilən humanitar yardımı daşıyan iki təyyarənin dünən paytaxt Dəməşqə eniş etdiyi bildirilib.

Suriyaya çatdırılan humanitar yardımlar arasında qış şəraitinə uyğun çadırlar, sığınacaq üçün istifadə olunan materiallar və qızdırıcıların olduğu vurğulanıb.