Aİ Zirvəsində Türkiyə ilə bağlı müzakirələr

ai-zirvesinde-turkiye-ile-bagli-muzakireler
Oxunma sayı: 1250

Avropa İttifaqı Liderlər Zirvəsində Aİ ölkələrinin dövlət və hökumət başçıları Avropa Komissiyasından Türkiyədəki suriyalılar üçün təmin olunacaq maddi dəstəklə bağlı rəsmi təklifi gecikdirmədən təqdim etməyi istəyiblər.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Aİ Zirvəsinin bəyanatında yer alıb.

Bəyanatda Aİ Şurasının Şərqi Aralıq dənizindəki vəziyyət və Aİ-Türkiyə əlaqələrini yenidən müzakirə etməsinə diqqət çəkilib.

Şərqi Aralıq dənizində etibarlı və sabit bir mühitin, Türkiyə ilə qarşılıqlı faydalı və əməkdaşlığı inkişaf etdirən əlaqələrin Aİ-nin strateji mənafeyinə uyğun olduğu vurğulanıb.

O da qeyd edilib ki, Şərqi Aralıq dənizində gərginıiyin azalması müsbət qarşılanıb və bunun davam etdirilməsi zəruridir.