“Ailə dağıtmamışam, subay oğlana ərə getmişəm”

aile-dagitmamisam-subay-oglana-ere-getmisem
Oxunma sayı: 7296

“Qarşı tərəfə cavab verməmişəm, verməyəcəm də. İnsanlıq halıdır, hər kəsin başına gələ bilər. Mənim də ilk ailə dağılıb. Heç kəs boşanmaq üçün ailə qurmur. Ailə quranda xəyalların, arzun böyük olur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Show time” verilişinə qonaq olan müğənni Sevda Sanalıyeva deyib.  O, ailə dağıdıb ərə getməsi barədə səsləndirilən fikirlərə etiraz edib:

“Mən ailə dağıtmamışam. Dağıda da bilmərəm. Çünki mən də atasız böyümüşəm. Mən heç bir övladı atasız görmək istəmirəm. Nə hansısa övladları gözü yaşlı qoyaram, nə də kiminsə evini yıxa bilmərəm. İlk ailəmdən ayrılmışamsa, gedib onun boğazından yapışmalıyam ki, niyə məndən ayrılmısan? Evlilik 2 insanın qarşılıqlı verdiyi qərardı. Mən bu işin axırına çıxmışdım. Hansı ki, bu iş tamamlanmışdı. 

Yəni onu demək istəyirəm ki, subay bir insanla ailə qurmuşam. Yəni ailəli bir insanın ailəsini dağıdıb, onunla ailə qurmamışam. Amma qarşı tərəf nə etmək istəyirsə, edə bilər. Eləyirlər də. Eləsinlər. Mən öz ailəmlə, uşaqlarımla xoşbəxtəm. Allah hamını xoşbəxt eləsin. Heç kəsə də mənim o vaxt çəkdiklərimi yaşatmasın. Çünki mən doğurdan da ailə dağıdan insan deyiləm”.

Qeyd edək ki, S.Sanəliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında sənətçi 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. O, ikinci dəfə Cəmil adlı bəylə ailə həyatı qurub və qız övladı dünyaya gəlib.