“Ailə dağıtmaq, söz-söhbət yaratmaq çox pis şeylərdi. Bunları Allah heç kəsə qismət etməsin. Ola bilsin ki, hansısa xanım Kamilə yazsın, zəng vursun. Mənim ona zəng vuraraq cavab verməyim heç vaxt ola bilməz. Bu mənim təbiətimdə yoxdu”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Gülay Zeynalova bildirib.
Sənətçi vurğulayıb ki, qısqanclıq bütün ailələrdə olur:
“Qısqanclıq bütün ailələrdə olur, ancaq özümü kiminsə səviyyəsinə salmaram. Ailədə ən vacib şey hörmətdir. Məsələn, sən geyimdən istifadə edirsən. Həyat yoldaşın bu geyimdən istifadə etməyini istəmir. Bir şalvara görə evdə dava-dalaş salmalısan? Xanım da, bəy də güzəştə getməlidir. Bunlar olmasa ailə uzun davam etməz”.

Son xəbərlər
Son Xəbərlər