Ailə münaqişələrindən bezdi, ölmək istədi

aile-munaqiselerinden-bezdi-olmek-istedi
Oxunma sayı: 742

Dünən axşam saatlarında Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan 32 yaşlı Ağayeva Lətafət Yaşar qızı zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

“Qafqazinfo”nun Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qadın həyat yoldaşının qohumları ilə öz ailəsi arasında yaşanan münaqişələrdən bezdiyi üçün sirkə turşusu içdiyini deyib. Onun vəziyyyəti orta–ağırdır.

Lətafət 2 azyaşlı uşaq anasıdır. Ailənin qohumlar arasındakı münaqişəyə görə polisdə də münaqişəli ailə kimi qeydiyyata alındığı deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.