Ailə qəzaya düşdü, kişi öldü

aile-qezaya-dusdu-kisi-oldu
Oxunma sayı: 1432


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 30-da saat 07:30 radələrində Azadlıq prospektində Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Mehman Əli oğlu Muradovun idarə etdiyi “Saipa” markalı və 1950-ci il təvəllüdlü Seyfəddin Məhəmməd oğlu Əliaslanovun idarə “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliaslanov hadisə yerində ölüb, həyat yoldaşı 1955-ci il təvəllüdlü Sürəyya Ağakişiyeva, 1980-ci il təv. Mehriban Əliaslanova və M.Muradov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Binəqədi RPİ 4-cü PB-də araşdırma aparılır. 

Murad Əhməd