Ailə quran gənci keçmiş nişanlısının qardaşı öldürdü -

aile-quran-genci-kecmis-nisanlisinin-qardasi-oldurdu-
Oxunma sayı: 703


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, rayonun Perimbel kəndində qeydə alınan hadisənin qisas zəminində baş verdiyi bildirilir.

Belə ki, nişanlı olan gəncin başqa birisi ilə ailə qurması ailələr arasında ədavət yaradıb. 3 ildən sonra kəndə qayıdan gənci keçmiş nişanlı olduğu qızın qardaşı ov tüfəngindən qətlə yetirib.

Rayon polis şöbəsində hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmasa da növbətçi hissəyə məlumat daxil olduğu və əməkdaşların hadisə yerinə çağırıldığı bildirilib.

“Qafqazinfo”