“Ailələrin dağılma səbəbi sosial şəbəkələrdir...” - Elnarə

ailelerin-dagilma-sebebi-sosial-sebekelerdir
Oxunma sayı: 1888

Əməkdar artist Elnarə Abdullayevanın “Səhər-səhər” proqramından səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, tanınmış xanəndə ARB-nin efirində hər kəsi təəccübləndirəcək açıqlama verib. 

 “Allah telefonu, paltaryuyanı yaratdı ki, xanımlar rahat olsun. Baxın, 20 il bundan əvvəl telefonlar çıxanda dedim ki, bu telefonlar o qədər ev dağıdacaq ki, görəcəksiniz. Mənə dedilər ki, 16-17-ci əsrlərdən gəlmisən. 

Bir neçə il keçdi. Xəbərlərdə göstərdilər ki, ailələrin dağılmasında sosial şəbəkələr və telefonlar günahkardır. Bəli, ailələr bu səbəbdən dağılır. Bu telefonu Allah bizə göndərib ki, zəng edib “Ay filankəs, haradasan?” deyək”.