“Ailəm üçün “Astana”ya “yox” demədim” - Almeyda

ailem-ucun-astanaya-yox-demedim
Oxunma sayı: 2086

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana"ya keçidindən sonra bu ölkənin mətbuatına ilk müsahibəsini verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir. 

- "Astana"ya transferiniz necə alındı?

- Bu klubdan 2 həftə əvvəl təklif aldım. O, mənimlə ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim. "Astana"ya Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaq üçün gəldim.

- Azərbaycan mətbuatında belə informasiya gündəmdə idi ki, sizə Türkiyə, Yunanıstan, İtaliya klublarından təkliflər vardı. Niyə sonda "Astana"nın dəvətini qəbul etdiniz?

- Haqlısınız, mənə digər klublardan çoxlu təklif gəldi. Ancaq sonda mən, ailəm və menecerim qərar qəbul etdi ki, mənə Qazaxıstana gəlmək və "Astana"nın heyətində oynamaq faydalıdı. 

- "Astana"nı heyətində qarşınıza hansı məqsədləri qoyursunuz?

- Çempionlar Liqasının qrup mərhələsində artıq oynamşam. "Astana"yla yenidən Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynamaq istəyirəm. Bilirəm ki, bu, asan deyil. Çünki ilk təsnifat mərhələsindən start götürürük. Çalışacağam ki, komandaya klubun qarşıya qoyduğu vəzifələrin həllində maksimum kömək edim. Bu, qrup mərhələsinə çıxmaq və Qazaxıstan çemponatını qazanmaqdı.