“Ailəmi tamaşaçıların görməyi mənə lazım deyil”

“Ailəmi tamaşaçıların görməyi mənə lazım deyil”
Oxunma sayı: 5504

Müğənni Ayaz Qasımov instaqramda ailəvi fotosunu paylaşaraq xanımının üzünü smayliklə gizlətməsinə aydınlıq gətirib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “5-də 5” proqramına qonaq olarkən danışıb. Ayaz qeyd edib ki, artıq fotonu səhifəsindən silib:

“Bu məsələyə subyektiv yanaşmağı sevirəm. Heç kimin əvəzinə danışmaq istəmərəm. Qəbul etmirəm ki, ailəmi milyonlarla tamaşaçı görsün. Xarakterim belədir. Mənim sənətim insanlara maraqlıdır. Şəxsi həyatın insanlara maraqlı olması son dövrün tələblərindəndir. Dünya şou-biznesində belə xüsusiyyətlər var. Mən əcdadlarıma oxşayıram, bu kimi şeylər lazım deyil. 

Toyumun 10 illiyi idi. Bu səbəbdən paylaşdım, üzünü gizlətdim. Sonra peşman olub səhifədən sildim”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi