Türkiyənin məşhur aktrisası Beren Saat rol aldığı “Atiye” serialının çəkiliş meydançasında dünyasını dəyişən Hasan Karatay barədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində dəfndə iştirak etdiyini, Hasanın ailəsinə başsağlığı verdiyini qeyd edib:
“Hələ şəxsən tanış olmamışdıq, amma bu gün ailənin ağılarından səni tanımaq fürsətim oldu. Hasan, sən divarın kənarlarını boyayla tamamlamaq istəyirdin, bu zaman başına belə bir qəza gəldi. Yenə gözəl bir ürək və zamansız vida... Biz divarların xəyal etdiyin kimi qüsursuz olması üçün çalışacağıq. İşıqlar içində yat”.

Son xəbərlər
Son Xəbərlər