Ailənin bütün üzvləri pomidordan zəhərləndi

ailenin-butun-uzvleri-pomidordan-zeherlendi
Oxunma sayı: 1206

Biləsuvar rayonunda bir ailənin bütün üzvləri qidadan zəhərləniblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Günəşli kəndində yaşayan 62 yaşlı Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva və onların övladları – 29 yaşlı Amil Əhmədov, 23 yaşlı Sevanə Əhmədova fevralın 1-də axşam yeməyi zamanı özlərinin sentyabr ayında evdə hazırladıqları pomidor turşusunu yeyiblər. 

Onlar fevralın 2-si səhər saat 5 radələrində özlərini pis hiss edərək xəstəxanaya müraciət ediblər. Ailə üzvlərinə ilkin tibbi yardım göstərildikdən sonra Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd