Ailəsi ilə dalaşdı, özünü yandırmaq istədi

ailesi-ile-dalasdi-ozunu-yandirmaq-istedi
Oxunma sayı: 2434

Bu gün saat 21:00 radələrində Neftçala rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Zaur Həsənov intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ailə üzvlərinin ona olan münasibətindən əsəbiləşərək, sərxoş vəziyyətdə istirahət parkının qarşısında üzərinə yandırıcı maddə töküb.

Həmin vaxt parkın ərazisində xidmət aparan polis əməkdaşları və vətəndaşlar tərəfindən intihar cəhdinin qarşısı alınıb.

Z. Həsənov xəstəxanaya çatdırılıb.

Yaxınlarının bildirdiyinə görə, o, aprelin 19-da həbsdən çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirir, tez-tez ailə üzvləri ilə münaqişə yaradır.

Hazırda faktla bağlı araşdırma aparılır.