Ailəsi ilə dalaşıb küçədə izdihama atəş açdı

ailesi-ile-dalasib-kucede-izdihama-ates-acdi
Oxunma sayı: 1015

Tailandın paytaxtı Banqkokda silahlı şəxs küçədə insanlara təxminən 40 dəfə atəş açıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, atışma fevralın 14-də yerli vaxtla saat 04: 00-da baş verib. 

Şahidlərdən biri bildirib ki, cinayətkar Banqkokda Çulalonqkorn Universitetinin yaxınlığında gedərkən öncə havaya, daha sonra izdihama tərəf atəş açıb. Yoldan keçənlər əraziyə polis çağırıblar və nəticədə o, saxlanılıb.

Hüquq- mühafizə orqanları hadisə zamanı heç kimin xəsarət almadığını bildiriblər.

İnsidenti törədən şəxsin 44 yaşlı Ekkaçay Çarueksili olduğu, hadisədən əvvəl evdə ailəsi ilə dalaşaraq silahını götürüb küçəyə çıxdığı məlum olub.