Ailəsi ilə istirahət edən Riçard Gir xəstəxanalıq oldu

ailesi-ile-istirahet-eden-ricard-gir-xestexanaliq-oldu
Oxunma sayı: 3115

Amerikalı aktyor Riçard Gir Meksikada ailəsi ilə istirahət edərkən xəstəxanalıq olub.

Bu barədə “Qafqazinfo” TMZ portalına istinadən xəbər verir.

O, tibb müəssisəsinə pnevmoniya diaqnozu ilə yerləşdirilib.

Mənbənin məlumatına görə, Gir hələ səfərindən əvvəl xəstələnib, Meksikaya çatanda isə daha güclü öskürməyə başlayıb.

Bir sutkadan sonra aktyor xəstəxanadan evə buraxılıb. Girin həyat yoldaşı instaqramda bildirib ki, ailə üç həftədir xəstədir.