Ailəsi ilə tətilə gedən rus turist Türkiyədə öldü

ailesi-ile-tetile-geden-rus-turist-turkiyede-oldu
Oxunma sayı: 2011

Ailəsi ilə Türkiyəyə tətilə gedən rus turist Antalyada dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğundan bildirilir.

“Baş Konsulluq 1977-ci il təvəllüdlü Rusiya vətəndaşının ölüm faktını təsdiq edir. Onun ölüm səbəbi dəqiqləşdirilir”, - deyə məlumatda qeyd olunub.