Ailəsi ilə yaşamaq istəməyib evdən getdi - Polis tapdı

ailesi-ile-yasamaq-istemeyib-evden-getdi-
Oxunma sayı: 1971

Bakıda itkin düşən 31 yaşlı kişi tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nərimanov rayonunda yaşayan Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Tural Kazımovun ailə üzvləri onun evdən gedib geri qayıtmaması haqda hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən T.Kazımov tapılıb.

Onun ailəsi ilə bir yerdə yaşamaq istəmədiyi üçün evdən getdiyi bəlli olub. T.Kazımovun bir azyaşlı oğlu var.

Murad Əhməd