Ailəsi onu axtarır - Foto

ailesi-onu-axtarir
Oxunma sayı: 2611

Gəncədə itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu  il təvəllüdlü Elsevər Sadıxov martın 26-da  yaşadığı evdən  çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E. Sadıxovun  əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu,  saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75  şəhər və (055) 687-13-73  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.