Xəbər verdiyimiz kimi, martın 11-də BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vida” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.
M.Başaranın ailəsi qızlarının fotolarının istifadə edilməməsi üçün onun sosial media hesablarını bağlayıblar.
Qeyd edək ki, gələn ay M.Başaranın toyu planlaşdırılmışdı.
Son xəbərlər
Son Xəbərlər