Ailəsi üç gündür itən 15 yaşlı qızı axtarır

ailesi-uc-gundur-iten-15-yasli-qizi-axtarir
Oxunma sayı: 2056

Bakıda yeniyetmə qızın itkin düşməsi barədə polisə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən M.Kərimli 2009-cu il təvəllüdlü qızı X.Mehdiyevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, övladı iyunun 22-si saat 20 radələrində Bakıxanov qəsəbəsində yaşadıqları evi tərk edib və bir daha geri qayıtmayıb.

Müraciətlə bağlı araşdırma aparılır.