Ailəsi üçün 35 milyonluq villa aldı - Fotolar

ailesi-ucun-35-milyonluq-villa-aldi
Oxunma sayı: 3218

Hollivud ulduzu Silvestr Stallone Floridada ikinci villaya sahib olub. “Qafqazinfo” xəbər verir ki, o, xanımı Cennifer Flavin və üç övladı ilə birgə sözügedən malikanədə qalacaq.

Stallone mülk üçün 35,4 milyon dollar ödəyib. Atlantik okeanı sahilində yerləşən ev 7 otaq, 12 hamam otağı, idman və film zallarından ibarətdir. Əsas villadan əlavə, həyətdə 2 ayrı ev də mövcuddur.

Qeyd edək ki, 74 yaşlı Stallone Floridada ilk evini  2014-cü ildə alıb. Lakin o, mütəmadi olaraq Los-Ancelesin “Beverly Park” bölgəsində yaşayıb.

Həmçinin dünyaca məşhur film ulduzunun Nyu-York və Mayamidə evləri var.