“Air Astana” Bakıdan Nur-Sultana uçuşlar təşkil etməyi planlaşdırır

air-astana-bakidan-nur-sultana-ucuslar-teskil-etmeyi-planlasdirir
Oxunma sayı: 1107

Qazaxıstanın “Air Astana” aviaşirkəti Bakı və Tbilisi şəhərlərindən Nur-Sultana uçuşlar həyata keçirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şirkət öz rəsmi feysbuk hesabında paylaşıb.

Məlumata görə, 12, 14 və 16 yanvar tarixlərində Tbilisidən, 13 və 16 yanvarda isə Bakıdan reyslərin təşkili gözlənilir.

Bildirilir ki, uçuşlara ilk növbədə daha əvvəllər ləğv olunan reyslərin sərnişinləri buraxılacaq.