Fransanın “Air France” aviaşirkəti Parisdən ABŞ-a getmək üçün hava limanına gələn 15 müsəlman sərnişinin təyyarəyə qəbul edilmədiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna prezidenti Donald Trampın 7 islam ölkəsinin vətəndaşınlarına ABŞ-a girişinin qadağan edilməsi səbəb olub.
Şirkətdən verilən açıqlamada “İndiyə qədər ABŞ-a getmək üçün bilet alan və ya köçürmə edən 15 sərnişinin təyyarəyə minməsinin qarşısının alınıb”,- deyə qeyd olunub.
Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.
Son xəbərlər
Son Xəbərlər