“Airbus” və Türkiyə arasında 12 milyard dollarlıq müqavilə

airbus-ve-turkiye-arasinda-12-milyard-dollarliq-muqavile
Oxunma sayı: 1423

Fransanın nəhəng hava yolu şirkəti “Airbus və Türkiyə Müdafiə Sənayesi İdarəsi arasında müqavilə imzalanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən “Airbus” 2030-cu ilə qədər Türkiyədən müxtəlif ehtiyyat hissələri, mühəndislik xidmətləri və digər vasitələr alacaq.

Razılaşmanın dəyəri ümumilikdə 12 milyard dollar təşkil edəcək. Bunun 2 milyardı 2020-ci ilə qədər, 5 milyardı isə sonrakı 10 il ərzində ödəniləcək.

Müqaviləni İdarənin rəhbəri İsmayıl Dəmir və “Airbus”un idarə heyətinin üzvü Tyerri Baril imzalayıb.