Aişə Qəddafi: “Biz hətta iblislə razılaşmağa hazırıq”

aise-qeddafi-biz-hetta-iblisle-razilasmaga-haziriq
Oxunma sayı: 1475

“Qafqazinfo”nun məlumatına görə, “Frans-2” telekanalına müsahibəsində Aişə Qəddafi qeyd edib ki, liviyalıların qan tökülməsinə son qoymaq üçün səy göstərilir: “Buna görə biz hətta iblislə razılaşmağa hazırıq, eləcə də silahlı üsyançılarla”.

Aişə Müammar Qəddafinin hakimiyyətdən gedib-getməyəcəyi ilə bağlı deyib ki, o, Liviya xalqının lideridir: “Siz açıq-aydın anlamaq istəmirsiniz ki, Müəmmər Qəddafi Liviya xalqının simvolu və lideridir. O hara gedə bilər?”.

O, həmçinin beynəlxalq koalisiyanın Liviyada həyata keçirdiyi hərbi müdaxiləni tənqid edib. Aişə fransız pilotların həyat yoldaşlarına və analarına müraciət edib: “ Mənim övladlarımdan biri həlak olub. Sizin ərləriniz Liviyada heç də mülki əhalinin müdafiəsini təmin etmirlər. Onlar mənim xalqımı və mənim övladlarımı öldürürlər. Bütün bunlar ona görədir ki, Nikolya Sarkozi nə qədər çox liviyalı öldürsə, prezident seçkilərində o qədər özünə səs qazanacaq”.

Nərgiz Ehlamqızı