Aisel Allanın mahnısını oxudu - Kirkorov 9 verdi

aisel-allanin-mahnisini-oxudu
Oxunma sayı: 2317

Bir neçə gündür Soçidə 18-ci dəfə təşkil olunan gənc pop ifaçılarının iştirak etdiyi “Yeni dalğa” beynəlxalq müsabiqəsi davam edir.  

“Qafqazinfo” xəbər verir ki, artıq 4-cü dəfədir yarışmada iştirak edən Azərbaycanın builki təmsilçisi “Eurovision – 2018” iştirakçısı Aisel (Aysel Məmmədova) olub. 

O,  aprel ayında 70 illik yubileyini qeyd edən Xalq artisti Alla Puqaçovaya həsr olunan gecədə çıxış edib.  İfaçı Primadonnanın 20 əsrin sonlarında hitə çevrilən “Позови меня с собой” mahnısını səsləndirib. 

Aiselin bu çıxışı münsiflər tərəfindən bəyənilib və o, 78 bal toplayıb.  Həmyerlimizə Muz TV-nin rəhbəri Arman Davletyarov 8, bəstəkar Dimitris Kontopulos 9, müğənni İqor Nikolayev 8, Xalq artisti Filipp Kirkorov 9, bəstəkar İqor Krutoy 8, müğənni Serqey Lazerev 7, bəstəkar İntars Busulis 8, musiqiçi Anton Belyaev 7, Əməkdar artist Anjelika varum 7, müğənni Leoniq Aqutin 7 bal verib. 

Sözügedən ifanı linkə klik etməklə izləyə bilərsiz.